HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 1851
Çovdarovun sensasion iddialarına Tağı Əhmədovdan sərt açıqlama

Çovdarovun sensasion iddialarına Tağı Əhmədovdan sərt açıqlama

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında səsləndirdiyi iddialara eks metropoliten rəisi münasibət bildirib.

İslamınSəsi bildirir ki, Tağı Əhmədov Bizimyol.info saytına açıqlamasında iddiaların yalan olduğunu bildirib.


“Əl çəkin, imkan verin işimi görüm.Çovdarov yalan danışır.Nə danışır mənə aidiyyatı yoxdu.Məni narahat eləməyin”.

 

Qeyd edək ki, Akif Çovdarov məhkəmədə ifadəsi zamanı ölkədə şok yaradacaq faktlar açıqlayıb. Akif Çovdarov Tağı Əhmədovun metropoliten rəisi olduğu vaxt ölkə büdcəsindən pullar mənimsədiyi, ölkə daxilində və xaricində küllü miqdarda pullarının, obyektlərinin, ticarət mərkəzlərinin olduğu siyahı təqdim edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system