NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Çörəyini yerin dərinliklərindən çıxaran zəhmətkeş ata - Hər gün ölümlə üz-üzədir /VİDEO/

Oxundu: 408
Çörəyini yerin dərinliklərindən çıxaran zəhmətkeş ata - Hər gün ölümlə üz-üzədir /VİDEO/

"Çox təhlükəlidir, uçqun olur, yuxarıdan hər hansı bir daş aşağı düşəndə 20 metr dərinlikdə 1 tona yaxın çəkisi olur"

Qrunt sularının üzə çıxarılması üçün su quyularının qazılması bəşəriyyətin ən qədim və əhəmiyyətini itirməyən kəşflərindən biridir. Əsrlər keçdikcə bu sahədə texnologiyalar tətbiq edilsə belə, hələ də qazancını əl əməyi ilə 15-20 metr torpağın dərinliklərindən çıxaran insanlar var.

 

Goranboyun Tatarlı kənd sakini Mənsur Nurəliyev oğlu ilə

 
 

Belə insanlardan olan, Goranboyun Tatarlı kənd sakini Mənsur Nurəliyev qədim kankan sənətini elə qədimdə olduğu kimi davam etdirir. O, 15-20, hətta 25 metr dərinliyi olan quyunu bel, ling və külüngün köməyilə qazır. Böyük zəhmət bahasına başa gəlsə də, az vəsait hesabına evləri həyat mənbəyi olan su ilə təmin edir.

 

İslaminSesi.info  Sputnik Azərbaycan-a istinadən  xəbər verir ki,  M.Nurəliyev yaşadığı kənddə su olmadığından su quyularına böyük tələbat olduğunu, bu səbəbdən bir vaxtlar dayısının işlətdiyi kankan sənətini öyrənərək davam etdirdiyini söyləyib: "Kənddə yay aylarında su, tamamilə çəkilir. Ona görə hər kəs həyətində su quyusu qazdırıb, gündəlik əl-ayaq suyu, mal-qaranı və kiçik əkin sahələrini suvarmağa ondan istifadə edir".

 

"Ərazidə qrunt sularının öz layları var, əsasən, 15-20 metr dərinlikdə suya çıxır. Bəzi yerlərdə 10 metrdən də su çıxıb. Ən dərin qazdığım isə 25 metr olub ki, onu da suya çıxarıb ev sahibinə təhvil vermişəm" - deyə o bildirib.

 

M.Nurəliyev qazıntının yalnız soyuq vaxtı - dekabr-aprel ayları aralığında aparıldığını deyib: "Qışda torpağın dərinlikləri və çıxan su isti olduğundan orada işləmək daha rahat olur. Yayda isə yerin altı buz kimi olduğundan, eyni zamanda zəhərli qazlar və tinləşmə səbəbindən işləmək mümkün olmur".

 

Həmsöhbətimiz kankan sənətinin göründüyü qədər asan olmadığını vurğulayıb: "Hər adam 20 metr dərinliyə düşərək qazıntı apara bilmir. Çox təhlükəlidir. Uçqun ola bilir. Yuxarıdan hər hansı bir daş aşağı düşəndə 20 metr dərinlikdə 1 tona yaxın çəkisi olur".

 

Qrunt sularının üzə çıxarılarılması üçün su quyuların qazılması ən qədim və əhəmiyyətini itirməyən kəşflərindən biridir
 
Qrunt sularının üzə çıxarılarılması üçün su quyuların qazılması ən qədim və əhəmiyyətini itirməyən kəşflərindən biridir

 

"Demək olar, gün ərzində 4-5 kub torpaq çıxarırıq. Bir quyudan çıxardığımız torpaq 7-8 "Kamaz"ın yükü olur. Amma nə edək, biz də övladlarımızı bu işlə saxlayırıq. Gəlib qazıb, metrinə 25-30 manat alaraq ailəmizin çörəkpulunu çıxarırıq" - deyən Nurəliyev qazdığı quyuların hər birini suya çıxardığını və indiyədək 40-a yaxın evi su ilə təmin etdiyini qeyd edib.

 



Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system