NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:34
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Con Kerridən ABŞ-ın Yaxın Şərq siyasəti ilə bağlı sensasion açıqlamalar

Oxundu: 2167
Con Kerridən ABŞ-ın Yaxın Şərq siyasəti ilə bağlı sensasion açıqlamalar

ABŞ-ın keçmiş Xarici İşlər Naziri Con Kerri Xarici Əlaqələr Şurasının bir simpoziumunda İsrail və ərəb dövlət başçıları ilə bağlı bəzi gizli məqamları etiraf edib.

“İslaminSesi”-  əl-Aləmə istinadən bildirir ki, Britaniyaya məxsus “Daily Mail” qəzeti Con Kerrinin simpoziumda İranla bağlı etiraflarını dərc edib. O etiraf edib ki, nazir işlədiyi dövürdə Misirin keçmiş prezidenti Hüsnü Mübarək, Səudiyyə kralı Abdullah bin Əbdüləziz və İsrail Baş naziri Binyamin Netanyahu, ABŞ-dan İrana qarşı hərbi müdaxilə etməyi tələb ediblər.

 

Həmçinin Kerri ABŞ və İran münasibətlərinə toxunaraq bildirib ki, Obama dövründə ABŞ-ın  İranla münasibətləri nüvə sazişi həddinə qədər gəlib çıxmışdı. Lakin Tramp onu korladı.

 

Con Kerri əlavə olaraq bildirib ki, Trampın indiki xarici siyasəti yanlış və təhlükəli istiqamətdədir. Tramp bizim əmniyyətimizi təhdid altına qoyur.

 

Həmçinin bildirib ki, İran daxilində muhafizəkarların güc və səlahiyyət əldə etməsi Amerika ilə danışıqların qarşısında güclü maneədir. Ali Lider Ayətullah Xameneyi ABŞ ilə danışıqlardan qəti şəkildə imtina edib. Onu razı etmək böyük bir diplomatik səy tələb edir.

 

Con Kerri etiraf edərək bildirib ki, Tehran, raket proqramında, Hizbullah məsələsində, həmçinin İraq və Yəməndə vəziyyətdə əsaslı dəyişiklik etməyə müvəffəq olub.

 

Keçmiş nazir İrana hərbi müdaxilə məsələsinə toxunaraq deyib, Hüsnü Mübarək və Əbdul-Əziz görüş zamanı bizdən İranı bir başa bombalamağı istədilər. Hətta Nitanyahu bunun üçün Obamadan icazə də istəyib. Lakin Obama dedi, biz bu məsələdə tələsə bilmərik, hələki gözləyək görək məsələni diplomatik yolla həll edə bilirikmi.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system