NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Cismdə olduğu kimi ruhun da öz xəstəlikləri var – İmam Əli (ə) belə anlatı

Oxundu: 607
Cismdə olduğu kimi ruhun da öz xəstəlikləri var – İmam Əli (ə) belə anlatı

Həzrət Əli (ə) öz kəlamlarının birində ruhun da cisim kimi xəstə ola biləcəyini, onun da qidaya və müalicəyə ehtiyaclı ola biləcəyini vurğulayır. Təbii ki, özünə məxsus müalicə və qida!

İslaminSesi.info – Bütün səmavi dinlərin insana anlatmaq istədiyi ilkin mətləb insanın özünü dərk etməsidir. Yəni insan hər şeydən öncə “mən kiməm” sualı ilə hərəkətə keçir. Hər şeydən öncə özündən başlayır. Özünü dərk edən, özünü kəşf edə bilən artıq doğru yola istiqamət almışdır deməkdir. Əks təqdirdə varacağı bütün nəticələr uğursuz olacaqdır. Necəki Hz.Əli (ə) buyurur:

 

“Özünü tanıyan artıq (mütləq) rəbbini tanıyar.”

 

İmam (ə) hədisdə qəti şəkildə bildirib ki, kim özünü tanıyarsa mütlər rəbbini tanımalıdır. Çünki özünün yalnız bu maddi bədəndən ibarət deyil, həm də bir ruhdan ibarət olduğunu dərk edə bilməyən, hiss edə bilməyən bir kəs sonsuz aləmi və bu aləmin “Sahibini” necə dərk etsin?

 

Bütün səmavi dinlər, hətta bir çox qeyri səmavi dinlər belə insanın cism və ruhdan ibarət olduğunu, hətta insanın həqiqəti, şəxsiyyəti onun ruhu olduğunu qeyd edirlər. İslam dini bu məsələ üzərində təkidlə dayanır, insanın ruh və cisimdən ibarət olduğunu, öldükdən sonra ruhunun bədəndən ayrılıb Allah dərgahında hesab verəcəyini təkidlə vurğulayır.

 

Həmçinin Həzrət Əli (ə) öz kəlamlarının birində ruhun da cisim kimi xəstə ola biləcəyini, onun da qidaya və müalicəyə ehtiyaclı ola biləcəyini vurğulayır. Təbii ki, özünə məxsus müalicə və qida ilə!

 

İmam (ə) belə buyurdu:

 

“Bədənin 6 haləti vardır. Bunlar: sağlamlıq, xəstəlik, həyat, ölü, yatmaq və oyanmaqdır.

 

İnsan ruhu da bu belədir:

 

Elm ruhun həyatıdır

Cahillik onun ölümüdür

Şəkk onun xəstəliyidir

Yəqin (qətilki) ruhun sağlamlığıdır

Qəflət ruhun yuxusudur

Hifz və yaddaş ruhun oyanışıdır.”  (Tohid Səduq-300)

 

Yaşar Nuriyev

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system