Çinin ən qədim Quran nüsxəsi sərgiyə çıxarılıb

Oxundu: 98
Çinin ən qədim Quran nüsxəsi sərgiyə çıxarılıb

Sərgiyə çıxarılmış qədim əlyazma Quran nüsxəsini hər gün 6 min nəfər ziyarət edir. Ziyarətə gələnlər Çinghay, Qansu və qoşnu vilayətlərdə yaşayan müsəlmanlardır.

 

İslaminSesi bildirir ki, İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çinin ən qədim əlyazma Qurani-Kərim nüsxəsi Çinghay vilayətinin Cihzi məscidində sərgiyə çıxarılıb.

 

Sərgiyə çıxarılmış qədim əlyazma Quran nüsxəsini hər gün 6 min nəfər ziyarət edir. Ziyarətə gələnlər Çinghay, Qansu və qoşnu vilayətlərdə yaşayan müsəlmanlardır.

 

Bu qədim əlyazma Quran nüsxəsinin tarixi baxımdan 11-13 əsr arası yaşı olduğu ehtimal edilir.

 

Bu nüsxə 30 cüz və 867 səhifədir. Çəkisi isə 13 kq-dır.

 

2007-ci ildə bu nüsxə Mədəni İrs Mütəxəssisləri tərəfindən təmir və bərpa edilib. Həmin ildə də şüşə qoruyucuda saxlanılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system