“Cinayətkar” pişik “həbsdən qaçdı”, narkomafiyanı xilas etdi... – Polis nə edəcəyini bilmir...

Oxundu: 59
“Cinayətkar” pişik “həbsdən qaçdı”, narkomafiyanı xilas etdi... – Polis nə edəcəyini bilmir...

İslaminSesi xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Tula şəhərində narkomafiyaya qarşı əməliyyat həyata keçirən polis çətin vəziyyətlə üzləşib.

Belə ki, narkotacir dəstəsinin üzvü olduğu ehtimal edilən şəxslərdən birini həbs edən polis, həmin şəxsin pişiyini də “həbs edib”. Buna səbəb sözügedən şəxsin narkotik daşınmasında pişikdən istifadə etməsi şübhəsizdir. Polis ehtimal edir ki, saxlanılan şəxs digər adamlara narkotiki məhz pişiyin vasitəsi ilə yollayıb. Belə ki, narkotikin pişiyin boğazına bağlanan ipdən asılan balaca paketə qoyulduğu, bundan sonra pişiyin bu paketi  lazımi adamlara çatdırdığı ehtimal edilir.

 

Lakin zooparkda saxlanılan və bu işdə ən böyük dəlil sayılan pişiyin gözlənilmədən zooparkdan qaçması istintaqın işini müşkülə salıb. Belə ki, polis bu hadisədən sonra cinayət işində başlıca dəlil sayılan pişiklə yanaşı, dəstənin digər üzvlərinin də izini itirib. Çünki polis pişiyin boyundakı paketə narkotik qoyub onu saxlanılan şəxsin evindən bayıra buraxmaq və daha sonra pişiyi izləmək qərarına gəlmişdi. Polis əməkdaşları hesab edirdilər ki, pişiyi izləməklə onun hansı ünvanlara getdiyini müəyyənləşdirmək, bununla da narkomafiyanın digər üzvlərini də müəyyənləşdirmək mümkündür. Lakin pişiyin zooparkdan qaçması saxlanılan şəxsə qarşı ittihamların kəsərini azaltmaqla yanaşı, dəstənin digər üzvlərini də xilas edib./Moderator.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system