NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Oxundu: 177
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Oktyabrın 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 105 cinayət faktı qeydə alınıb, onların da 20-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system