NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Oxundu: 200
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Oktyabrın 19-dan 20-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

 

İslaminSesi bildirir ki, Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 22-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system