NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 71
Cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 82%-i ödətdirilib

Cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 82%-i ödətdirilib

Oktyabrın 19-da Bakı Şəhər Baş Polis İdarəsində 2017-cı ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

 

İslaminSesi bildirir ki, idarədən Modern.az-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov  açıb. 

 

Müşavirə iştirakçılarına 2017-ci ilin 9 ayı ərzində paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə təqdim edilib. Məruzədə qeyd olunub ki, 2017-ci ilin 9 ayı ərzində paytaxtın polis orqanlarının istintaq qurumlarının icraatında olan cinayət işlərinin sayı 2% azalaraq 10.858 (-218) iş olub. İstintaqı tamamlanmış 3.422 (-177) cinayət işindən 74,6%-i (-81, 2.553-ü) baxılması üçün məhkəmələrə göndərilib, 25,4%-nin (-96, 869) icraatına xitam verilib. İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 82%-i (+13,4%) ödətdirilib.

 

Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq 680 (882) müvafiq müraciətdən 495-nin (517) icrası təmin olunub.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən IV İslam Həmrəyli Oyunları və 2017 Formula-1 üzrə Avropa Qran Pri yarışlarında asayişin mühafizəsi daha da gücləndirilərək mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər görülüb.

 

Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edərək mövcud nöqsan və çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system