NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Çin İdlib döyüşlərində Suriya Ordusuna dəstək verməyə hazır olduğunu bildirib

Oxundu: 252
Çin İdlib döyüşlərində Suriya Ordusuna dəstək verməyə hazır olduğunu bildirib

Suriya Ordusu İordaniya sərədi zolağı, Dəra və Qunaytara bəyalətlərini radikal birləşmələrdən təmizlədikdən sonra qruplaşmaların toplaşdığı İdlibə yollanır. Yeni addımlar fonunda Çin də İdlib əməliyyatında Suriya Ordusuna yardıma hazır olduğunu bildirib.

İslaminSesi.info Suriyanın əl-Vətən qəzetinə istinadla xəbər verir ki, bu barədə Çinin Suriyadakı səfirliyi məlumat verib.

 

Çinin Suriyadakı səfiri Tsi Çyancin bildirib ki, ölkəsi İdlibdə radikal birləşmələrlə mübarizədə dəstək verməyə hazırdı.

 

Çinin Dəməşq səfirliyində hərbi müşaviri Vang Ruy Çsing bildirib ki, hərbi məşvərətlər zəminində ölkəsi ilə Suriya arasında əməkdaşlıq var, lakin İdlib əməliyyatında iştirak etmək üçün siyasi qərar lazım olacaq.

 

Çin rəsmiləri bu həmkarlığı İdlibdə olan uyğur döyüşçüləri ilə əlaqələndirir. Hazırda İdlibdə ən-Nusra Cəbhəsi-nin tabeçiliyində olan “Türküstan islam Partiyası”nın üzvlərini Çindən və Orta Asiyadan gələn uyğur və özbəklər təşkil edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system