Çin BMT-ni Honq Konqda zorakılığı təbliğ etməkdə suçladı

Oxundu: 57
Çin BMT-ni Honq Konqda zorakılığı təbliğ etməkdə suçladı

Çin BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçleti Honq Konqda "radikalizm və zorakılığı təbliğ etməkdə" ittiham edib.

Baçelet, "South China Morning Post" qəzetinə yazdığı məqalədə, Çinin xüsusi inzibati bölgəsinin administrasiyasını etirazçılarla dialoqa xüsusi diqqət yetirməyə və Honq Konqda polis zorakılığı xəbərləri ilə bağlı qərəzsiz araşdırma aparmağa çağırıb.

 

İslaminSesi-nin "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Çinin BMT-dəki nümayəndəliyi Baçeletinin "yersiz şərhləri" ilə Çinin daxili işlərinə qarışdığını və Honq Konq səlahiyyətlərinə və polisinə təzyiq göstərdiyini, nəticədə "iğtişaşçılara daha radikal addımlar atmağa ürəkləndirdiyini" bildirib./SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system