Çin ABŞ-ın nüfuzlu təşkilatlarına sanksiya tətbiq etdi

Oxundu: 61
Çin ABŞ-ın nüfuzlu təşkilatlarına sanksiya tətbiq etdi

Çin hökuməti rəsmi Vaşinqtonun Honkonqla bağlı qərarına görə ABŞ-a qarşı sanksiya tətbiq edib.

İslaminSesi-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunin brifinqdə məlumat verib.

 

“Çin NDI, Human Rights Watch, Freedom House da daxil olmaqla ABŞ-ın bir sıra qeyri-hökumət təşkilatlarına sanksiya tətbiq etmək qərarına gəlib”, -deyə o, bildirib. 

 

Məhdudlaşdırıcı tədbirlər gəmiçiliyə də təsir edib. Belə ki, Çin hakimiyyəti Amerika gəmilərinin Honkonq  limanına çağırışlarına baxılmasını dayandırıb.

 

Diplomat Çinin bu qərarı verməsinə aydınlıq gətirərək qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın imzaladığı qanun beynəlxalq standartların kobud şəkildə pozulması və Çinin daxili işlərinə qarışmaqdan başqa bir şey deyil.

 

Xatırladaq ki, D. Tramp noyabrın 28-də Honkonqa münasibətini tənzimləyən qanunu təsdiq edib. Qanun bu inzibati bölgədəki insan hüquqlarına və demokratiyaya həsr edilib və münaqişənin sülh yolu ilə həllinə yönəldilib. Həmçinin, Amerika lideri Çinə polis xüsusi cihazlarının çatdırılmasını qadağan edib.

 

Buna baxmayaraq, Tramp Çin hakimiyyətinə və şəxsən Prezident Si Tszinpinə hörmətini vurğulasa da, Çin tərəfi buna qəti etirazla cavab verib.

 

Xatırladaq ki, Honkonq 1842-ci ildən 1997-ci ilə qədər Böyük Britaniyanın koloniyası olub. Hazırda xüsusi inzibati bölgə olaraq Çinin tərkibindədir.

 

Cari ilin iyun ayında bir milyondan çox Honkong sakini hökumətin Çin, Tayvan və Makao ilə ekstradisiya müqaviləsi imzalamaq planlarına görə etiraz edib. Nəticədə, hakimiyyət qanun layihəsini ləğv edib, lakin etirazlar  beşinci aydır ki, davam edir./“Qafqazinfo”/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system