Çin ABŞ-ın İrana qarşı sanksiya və təzyiqlərdən əl çəkməsini istədi

Oxundu: 40
Çin ABŞ-ın İrana qarşı sanksiya və təzyiqlərdən əl çəkməsini istədi

Çin ABŞ-ın birtərəfli qaydada İrana qarşı sanksiya və təzyiqlərədən imtina etməsinin zəruriliyini açıqlayıb.

İslaminSesi xəbər verir ki, bu barədə Çinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Çjay Çızyun ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyaları şərh edərkən bildirib.

 

 

“Çin tərəfi hesab edir ki, ABŞ bu metodlardan  əl çəkməli, birtərəfli sanksiyalardan imtina etməlidir, çünki yalnız bu halda problemi həll etmək üçün əvvəlki doğru yola dönmək olar”, - deyə Çin rəsmisi brifinq zamanı deyib.

 

O vurğulayıb ki, Yaxın Şərqdəki gərgin vəziyyət ABŞ-ın birtərəfli qaydada tətbiq etdiyi sanksiyalar və təzyiqlər, habelə Birləşmiş Ştatların Tehranla nüvə sazişindən birtərəfli qaydada çıxması ilə əlaqədardır./Eastnews.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system