Çilidə etiraz aksiyaları - 10 ölü, 500 yaralı - 1500 həbs

Oxundu: 66
Çilidə etiraz aksiyaları - 10 ölü, 500 yaralı - 1500 həbs

Çilidə iğtişaşlar zamanı 1500 nəfər saxlanılıb.

İslaminSesi xarici mətbuata istinadən xəbər verir ki, paytaxt dairəsində 614 nəfər saxlanılıb. Ölkənin qalan şəhərlərində 848 nəfər saxlanılıb.

 

İğtişaşlara və polislə toqquşmalara çevrilən etirazlar bazar ertəsi günü Santyaqoda metronun qiyməti orta hesabla 30 peso ($ 0,04) maksimum 850 peso ($ 1.2) qədər artdıqdan sonra başlayıb.

 

Daha sonra iğtişaşlar ölkənin digər şəhərlərini də bürüyüb.

 

Etirazlar zamanı 500-dən çox insan xəsarət alıb, 10 nəfər ölüb.

 

Onlardan əksəriyyətinin ticarət mərkəzlərindəki yanğınların qurbanı olduğu bildirilib.

 

Ölkənin daxili işlər naziri Andres Çadvik bildirib ki, bazar günü gecə ölkə daxilində 103 ciddi zorakılıq aktı baş verib.

 

Səhiyyə naziri Hayme Manyaliç bir gecədə 208 nəfərin yaralandığını söyləyib. /yenicag.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system