CIA bu kimyəvi maddəni əldə etmək üçün... - Sınaqlar zamanı saysız-hesabsız insan ölüb

Oxundu: 129
CIA bu kimyəvi maddəni əldə etmək üçün... - Sınaqlar zamanı saysız-hesabsız insan ölüb

ABŞ-ın xarici kəşfiyyat idarəsi insan beynini idarə etmək üçün 10 ilə yaxın araşdırmalar aparıb.

İslaminSesi - Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Stiven Kinzer adlı yazar ABŞ-ın ictimai radiosunda çıxışı zamanı insan beyninin idarə edilməsi barədə dəhşətli faktlardan danışıb. O, bildirib ki, 1950-1960-cı illərdən bu istiqamətdə addımlar atılmağa başlayıb. CIA -in baş kimyaçısı Sidney Qotlieb beynin idarə edilməsi üçün bir çox kimyəvi təcrübələr aparıb. Xüsusilə agentlərdə tətbiq edilməsi planlaşdırılan kimyəvi maddənin axtarışları o qədər də uğurlu olmayıb.


Stiven Kinzer bildirib ki, sınaqlarda nə qədər insanın dünyasını dəyişdiyi təxmin etmək belə mümkün deyil: "Sidney Qotlieb-in öldürmək icazəsi vardı. Bu səbəbdən kimyaçı istədiyi kimi sınaqlar keçirirdi. Ancaq 70-ci illərdə bütün dəlillər CIA tərəfindən yox edildi. Ancaq, qeyd etməliyəm ki, hadisənin izlərinə hələ də rast gəlmək mümkündür".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system