NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş maddələrin keçirilməsinin qarşısı alınıb

Oxundu: 66
Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş maddələrin keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

"İslaminSesi.info" bildirir ki, xidmətdən  verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Həmzəyev Seymur Bəyverdi oğluna qardaşı Fizuli rayon sakini Behbudov Yasin Müslüm oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki ədəd ayaqqabının daban hissəsində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,915 qram olan 383 ədəd güclü təsiredici “Metandienon” həbi və 2 ədəd “Sustanon” adlı şüşə qabda 0,25 qram testesteron efiri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system