NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 1043
 Çətinlik zamanı İmam Rzadan (ə) tövsiyə olunmuş bir hacət namazı

Çətinlik zamanı İmam Rzadan (ə) tövsiyə olunmuş bir hacət namazı

Allah hər bir çətinlikdən sonra asanlıq əta edər (Təlaq-7).

İslaminSesi.info-  Mütəal Allah bəndələrin halından xəbərdar olan, görəndir. O duaları qəbul edən, Onu çağıranı eşidəndir. Dinin bütün mənbəlrində yalnız Allaha güvənməy, yalnız Ondan istəməy tövsiyyə edilmişdir. Həmşinin Allah Təala Onu çağırana cavab verəcəyini vəd etmişdir. Necəki, Quranda buyurulur:

 

Rəbbiniz buyurdu: 'Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!  (Ğafir-60).

 

AllahTəala Quranda Ondan istəməyi təkid etmiş, bu istəməyi ibadət adlandırmışdır. Hətta bu ibadətin tərkini təkəbbür və zəlillik hesab etmişdir.

İmam Rza (ə) Allahdan hacət istəməyin, çətinlik zamanı Onu çağırmağın ədəb qaydalarına və yollarına işarə edərək buyurub:

 

“Əgər sizə bir çətinlik üz versə, bir hacətiniz olsa (dəstəmaz alaraq) iki rəkət namaz qılın, birinci rəkətdə Həmddən sonra Ayətəl kürsi, ikinci rəkətdə Həmddən sonra Qədr surəsin oxuyun. Sonra Quranı başınızın üzərinə qoyub belə deyin:

 

أَللَّهُمَّ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ إِلى خَلْقِكَ، وَبِحَقِّ كُلِّ ايَةٍ فيهِ، وَبِحَقِّ كُلِّ مَنْ‏ مَدَحْتَهُ فيهِ عَلَيْكَ، وَبِحَقِّكَ عَلَيْهِ، وَلا نَعْرِفُ أَحَداً أَعْرَفَ بِحَقِّكَ مِنْكَ،

 

Allahummə bi həqqi mən ərsəltəhu ilə xəlqikə. Və bi həqqi kulli ayətin fihi. Və bi həqqi kulli mən mədəhtəhu fihi aleykə. Və bi həqqikə aleyhi. Və Lə nəərifə əhədən Əərəfə bi həqqikə minkə.

 

Sonra belə de:


Ya Səyyidi! Ya Allah (10 dəfə)

Bi həqqi Muhəmməd (10 dəfə)

Bi həqqi Əli (10 dəfə)

Bi həqqi Fatimə (10 dəfə)
.. Həsən (10 dəfə)
...Hüseyn (10 dəfə)
...Əli bin Hüseyn (10 dəfə)
...Muhəmməd bin Əli (10 dəfə)
...Cəfər bin Muhəmməd (10 dəfə)
...Musa bin Cəfər (10 dəfə) 
...Əli bin Musa (10 dəfə) 
...Muhəmməd bin Əli(10 dəfə)
...Əli bin Muhəmməd (10 dəfə)

...Həsən bin Əli (10 dəfə)
Bi həqqil-Huccət! (10 dəfə)

 

Yerindən qalxmamış Allah Təala sənin duanı qəbul edər”.

 

Mustədrəkul-vəsail 6/315 və Məkarimil-əxlaq. 2/112

 

Y.Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system