NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 214
Cənubi Koreyanın sabiq prezidentinin rəfiqəsi 20 il azadlıqdan məhrum edilib

Cənubi Koreyanın sabiq prezidentinin rəfiqəsi 20 il azadlıqdan məhrum edilib

Koreya Respublikasının keçmiş prezidenti Pak Kın Henin yaxın rəfiqəsi Çhve Sun Sil korrupsiya, zorakılıq və hakimiyyətdən sui-istifadə etdiyinə görə, ölkə məhkəməsi tərəfindən iyirmi il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, O, 16,6 mln. dollar məbləğində cərimə ödəməlidir.

İslaminSesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə məhkəmə zalından YTN telekanalı məlumat verib. Məhkəmə, həmçinin Pak Kın Henin yaxın köməkçisi və katibi olan An Çon Bomu hakimiyyətdən sui-istifadəyə görə altı il müddətinə, Lotte şirkətinin başçısı Sin Don Bini isə Çhve Sun Silə 6,7 milyon dollar məbləğində rüşvət verdiyinə görə, 2,5 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıb.

 

Rəfiqəsi eks-prezidentin rəfiqəsi barədə qalmaqal 2016-ci ilin payızında aşkar edildi ki, bu hadisə nəticədə Pakın hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxardı. Çhve Sun Sil prezident rəfiqəsinin hakimiyyətindən istifadə edərək ölkənin böyük şirkətlərini özünün iki fonduna pul yatırmağa məcbur edirdi. İstintaqın məlumatına görə, bu yolla onlar 53 şirkətdən təxminən 80 mlrd. von (72 milyon dollar ) alıblar.

 

Bundan başqa, məhkəmə müəyyənləşdirib ki, Çhve Sun Sil dövlət idarəetmə məsələlərinə qarışıb və hüququ olmaya-olmaya prezident administrasiyasından məxfi sənədlər alıb. Çhve Sun Silə qarşı ümumilikdə 18 epizod üzrə ittiham irəli sürülüb.

 

Image result for Choi Sun Sil

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system