NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Çeçenlər ayağa qalxdı - Xüsusi təyinatlılarla TOQQUŞMA (VİDEO)

Oxundu: 3350
Çeçenlər ayağa qalxdı -  Xüsusi təyinatlılarla TOQQUŞMA (VİDEO)

Gürcüstanda xüsusi təyinatlılarla Pankisi dərəsinin çeçen əhalisi arasında toqquşmalar olub.

 

"İslaminSesi" yerli KİV lərə istinadən xəbər verir ki, bu barədə “İnterfaks”ın yaydığı məlumatda deyilir.

Bildirilir ki, toqquşmalara səbəb yerli əhalinin Alazan çayında su elektrik stansiyasının tikintisinə etiraz etmək məqsədi ilə keçirdiyi aksiya olub. Əraziyə əlavə olaraq xüsusi təyinatlı qüvvələrin yeridilməsi vəziyyəti daha da gərginləşdirib.

Bu gün səhər etirazçılar xüsusi təyinatlılara daş atmağa başlayıblar. Buna cavab olaraq onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə olunub. Həm aksiya iştirakçıları, həm də polis əməkdaşları arasında yaralananlar var.

 

Qeyd olunur ki, yerli çeçenlər “Molotov kokteyli” ilə dolu şüşələri atmaqla, DİN-in zirehli avtomobillərini və tikinti texnikasını yandırıblar. Xüsusi təyinatlıların hələlik geri çəkildiyi, etirazçıların isə daş yığdığı bildirilir.

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system