NAMAZ VAXTLARI:
  • FƏCR 04:58
  • GÜN 06:20
  • ZÖHR 12:36
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Cəbrayıl və Füzuli rayonlarının işğalı günü Şəhidlər Xiyabanında anıldı - FOTOLAR

Oxundu: 326
Cəbrayıl və Füzuli rayonlarının işğalı günü Şəhidlər Xiyabanında anıldı - FOTOLAR

Bu gün Cəbrayıl və Füzuli rayonlarının işğalından 26 il ötür. Xatırladaq ki, bu rayonlar 1993-cü il avqustun 23 də xarici qüvvələrin ciddi dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

İslaminSesi xəbər verir ki, Cəbrayıl və Füzuli rayonlarından olan ictimai fəallar işğal günü ilə əlaqədar Bakıdakı Şəhidlər Xiyabanında anım mərasimi keçiriblər.

 

Mərasimdə Cəbrayıl və Füzuli rayonlarından olan 500-ə yaxın məcburi köçkünlərlə yanaşı, respublikada fəaliyyət göstərən ictimai qurumların nümayəndələri, fəallar, ziyalılar, Qarabağ əlilləri, müharibə veteranları iştirak ediblər. Əvvəlcə şəhidlərin məzarları üzərinə gül-çiçək dəstələri düzən iştirakçılar, daha sonra Xiyabandakı məşəl kompleksinin qarşısına əklil qoyublar.

 

Kompleksin qarşısında ictimai fəalların, ziyalıların, müharibə veteranlarının çıxışları dinlənilib. Çıxışlarda əsas diqqət torpaqlarımızın azad edilməsinə yönəlib. Yerli hakimiyyətə müraciət edilərək tez bir zamanda savaş əmri verilməsinin vacibliyi vurğulanıb.

 

Çıxış edənlər həmçinin münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən beynəlxalq qurumların Qarabağ probleminin həllində maraqlı olmadığını, torpaqların yalnız öz gücümüzə azad edilə biləcəyini söyləyiblər. Rayon sakinləri, mərasimdə iştirak edən hər kəs ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçməyə hazır olduqlarını qeyd ediblər.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system