Cəbhədə TOQQUŞMALAR VAR - Aprel döyüşləri təkrarlana bilər

Oxundu: 51
Cəbhədə TOQQUŞMALAR VAR - Aprel döyüşləri təkrarlana bilər

Paşinyan Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir təsəvvürə malik deyil.

 

İslaminSesi bildirir ki, Analitik Azər Rəşidoğlu Redaktor.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın“maraqlı dinamika” dedikdə nəyi nəzərdə tutduğuna aydınlıq gətirib.

Analitik hesab edir ki, Paşinyan Rusiya təsirindən çıxmağı düşünsə də, bunun mümkünsüz olduğunu başa düşür və çıxış yolu axtarır:

“Bu  baxımdan, İrəvanın  Qarabağ danışıqlarında güzəştə getmək niyyəti müşahidə edilir. Digər tərəfdən Nikol Paşinyan mitinqlər zamanı verdiyi vədlərə əməl edə bilmir və o, xilas kəməri kimi Azərbaycanın dövlət başçısı ilə görüşməyə can atır. Onun  bir qədər əvvəl səsləndirdiyi “danışıqlarda biz yox, Qarabağ iştirak etməlidir” şüarı artıq mənasızlaşıb. Bunu  Paşinyan da dərk edir və Bakıdan qarşılıqlı müzakirələri bərpa etməyi xahiş edir. Erməni baş nazir gözəl anlayır ki, Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti birmənalı olaraq Bakının xeyrinədir və İrəvan istəsə belə, müharibə variantını ağlından keçirə bilməz. Lakin “nə hərb, nə sülh” vəziyyəti də uzun müddət davam edə bilməz.  Cəbhədə toqquşmalar davam edərsə, Bakının ötən ilin aprel əməliyyatını təkrarlamaqdan başqa yolu qalmayacaq. Savaş  başlayarsa, Paşinyan öz diletant bəyanatları ilə uzun müddət tab gətirə bilməyəcək. Bu baxımdan, onun üçün  yeganə yol Bakının və vasitəçilərin şərtlərini qəbul etməkdən keçir”.

A.Rəşidoğlu vurğulayıb ki, Paşinyan  Rusiyanın və digər dünya güclərinin onu müdafiə edəcəyindən əmin deyil:

“Bu baxımdan,  rəsmi  İrəvana  Qarabağ cəbhəsində vəziyyəti gərginləşdirmək lazımdır. Ancaq  düşmən tərəf böyük savaş istəmir. Paşinyan üçün hansısa  formada “Qarabağ klanı” ilə barışıq ona vacibdir.  Lakin nə qədər ki, ermənilər işğal edilmiş ərazilərdən çıxmayıblar, onlardan müsbət addım gözləməyə dəyməz. Danışıqlar iflasa uğrayıb, lakin danışıqlardan başqa da yol yoxdur. Problemin həlli məhz danışıqlardan keçir, lakin buna görə güclü ordu və iqtisadiyyata malik olmalıyıq”.

Millət vəkili Sahib Alıyev də məsələyə münasibət bildirib.

Millət vəkili hesab edir ki, Paşinyan haqlıdır:

“Danışıqlar prosesində dinamika var. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Valday” forumundakı çıxışı, orada hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrovun belə sözü gedən problemlə bağlı maraqlarımızla tam uzlaşmasa da, hər halda Paşinyan üçün tərs şillə effekti doğuran mövqe sərgiləməsi, Aşqabadda ona verilən dərs, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sammitlərində səslənən fikirlər, yekun bəyanatda yer alan maddələr, MDB ölkələri müdafiə nazirlərinin Bakıda keçirilən toplantısı göstərir ki, Ermənistanın baş naziri haqlıdır. Sonuncu toplantı haqqında onu deyim ki, belə görüşlər indiyədək bəlli səbəblərdən Azərbayanla Ermənistanın paytaxtlarında keçirilmirdi. Amma ötən həftə o toplantı Bakıda düzənləndi və Ermənistanın müdafiə nazirinə isə onun gedişini İrəvandan seyr etmək qaldı”.

Sahib Alıyev qeyd edib ki, indiyədək qüvvədə olan yazılmamış anlaşmanın pozularaq MDB ölkələri müdafiə nazirlərinin görüş yeri kimi məhz Bakının seçilməsi təsadüf deyil:

“Burada Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqelərinə gizli və cüzi də olsa dəstək əlaməti yoxdur. Bir sözlə, Paşinyanın “Dağlıq Qarabağ probleminin həlliylə bağlı danışıqlar prosesində maraqlı dinamika” olması haqda fikirlərini təsdiqləyirəm. Amma bu “dinamika”da onun özünün, eləcə də ölkəsinin payı nədənən ibatərdir, onu anlamıram”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system