NAMAZ VAXTLARI:
  • FƏCR 06:26
  • GÜN 07:53
  • ZÖHR 12:34
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Çaylarda son monitorinqin nəticələri açıqlandı

Oxundu: 501
Çaylarda son monitorinqin nəticələri açıqlandı

Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə mart ayı üzrə keçirilən son monitorinqin nəticələri açıqlanıb.

"İslaminSesi.info" bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən verilən məlumata görə, Mart ayının I ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının III ongünlüyünə nisbətən 38 m3/san artaraq 219 m3/san təşkil edib.

 

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

 

Mart ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə suyun tərkibindəki spesifik çirkləndiricilərdən olan fenollar Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafaçay su anbarında, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

 

Suyun oksigen rejimi bütün məntəqələrdə 7.95-8.00 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system