NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Çayın səviyyəsi kəskin artıb, çobanlar 500 heyvanla köməksiz qalıb - Ağdamda

Oxundu: 313
Çayın səviyyəsi kəskin artıb, çobanlar 500 heyvanla köməksiz qalıb - Ağdamda

Bu gün Qarqarçay çayında suyun səviyyəsinin kəskin artması nəticəsində çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfər və təxminən 500 baş xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb.

 

İslaminSesi FHN-ə istinadən xəbər verir ki, nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

 

Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində 2 çoban və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system