NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Cavad Zərif Hizbullah lideri ilə görüşdü

Oxundu: 286
Cavad Zərif Hizbullah lideri ilə görüşdü

İranın xarici işlər naziri Cavad Zərif, Hizbullah lideri Seyyid Həsən Nəsrullah ilə görüşüb.

 

“İslaminSesi” bildirir ki, bu barədə Livanın “əl-Mənar” portalı xəbər verib.

 

Livanda səfərdə olan İranın xarici işlər naziri bir çox dövlət rəsmiləri ilə, o cümlədən Hizbullah lideri Seyyid Həsən Nəsrullah ilə görüşüb.

 

İranın Livandakı səfiri Məhəmməd Cəlal Firuzinin də iştirak etdiyi ikitərəfli görüşdə Livanın və regionun siyasi vəziyyəti müzakirə olunub.

 

Seyid Nəsrullah, İslam İnqilabının 40 illiyi münasibəti ilə nazirə öz təbriklərini bildirib və İnqilabın bölgə xalqının himayəsində, sionizimlə mübarizədə, terrorla mücadilədə mühüm rola malk olduğunu bildirib.

 

Hizbullahın baş katibi, İran İslam Respublikası qarşılaşdığı çətinliklər və təzyiqlərə baxmayaraq, müqaviməti dəstəkləməyə davam edəcəyini ümid etdiyini bildirirb.

 

İran xarici işlər naziri, hər zaman Livan xalqının yanında olmağa, terrorla mücadilədə və digər sahələrdə əməkdaşlığa hazır olduqlarını bildirib.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system