Cavab zərbəsinin zəmanəti: "Avanqard" döyüş növbəsində

Oxundu: 150
Cavab zərbəsinin zəmanəti:

"Avanqard" hipersəs bloklarının imkanları ABŞ-ın qlobal RƏM sisteminin informasiya və atəş vasitələrinin fəaliyyət zonalarını keçməyə imkan verir

Aleksandr Xrolenko, hərbi icmalçı

 

Rusiyanın sülhsevərliyi etibarlı strateji müdafiə alətləri ilə möhkəmlənir. Orenburq ətrafında döyüş növbəsinə çıxarılan "Avanqard" hipersəs blokları RF-in dəfetmə qabiliyyətinin texnoloji zirvəsi və eyni zamanda Rusiyanın bütün müttəfiqləri üçün təhlükəsizlik çətiridir. Həm də Moskva, NATO-dakı Vaşinqtondan fərqli olaraq, müdafiə üçün ikifaizlik ianə (ÜDM-dən), tələb etmir.

 

Noyabrın sonunda Rusiyanın "Avanqard" komplekslərinin birinci alayına məxsus nüvə bloku ilə təchiz edilmiş iki ədəd UR-100N UTTX raketləri təcrübə-döyüş növbəsinə çıxarılır. Strateji Raket Qoşunlarının (SRQ) Dombarovo diviziyasında hazırlıq gedir və raketlərin şaxtaya endirilməsi həyata keçirilir, qorunan komanda məntəqəsinin sistemləri yoxlanılır. Qarşıda "Avanqard"ın Raket hücumu barədə xəbərdarlıq sistemi ilə bağlılığını və hər mövsüm üçün istismarını praktikada yoxlamaq var. Yaxın perspektivdə iki alay, şaxta qurğularında ümumilikdə 12 "Avanqard" raket kompleksi döyüş növbəsinə çıxarılacaq.
 

Hipersəs blokunun sınaq buraxılışı 2018-ci ilin dekabrında uğurla həyata keçirilib – Kamçatkanın Kura poliqonundakı hədəf vurulub. Daha əvvəl RƏM (raket əleyhinə müdafiə) üçün ələkeçməz olan "Kinjal" hipersəs raketləri ilə təchiz olunmuş 10 MiQ-31 qırıcısı Cənub hərbi dairəsində döyüş növbəsinə çıxarılıb. Məlum olub ki, Moskvanın hipersəs nailiyyətləri nağıl deyil. Bu, Vaşinqtonda böyük həyəcana səbəb olub. Çünki gücə əsaslanan xarici siyasətin davam etdirilməsi üçün Birləşmiş Ştatlara Rusiyaya çatmaq və bu cür texnologiyaları hələ mənimsəmək lazımdır.

 

"Avanqard" döyüş blokları səsdən 20 dəfə sürətli şəkildə (saatda 24 min kilometrədək) atmosferin qalın qatlarında manevr etmək və qitələrarası məsafəyə uçmaq qabiliyyətinə malikdir. Həm də hipersəs blokları qeyri-nüvə təchizatı ilə çox effektivdir. Böyük sürət və yüksək dəqiqlik lazım gəldikdə "Avanqard"ın qeyri-nüvə döyüş hissəsi ilə planetin istənilən nöqtəsində ən güclü müdafiə olunan hədəfi yüz faiz məhv etməyə imkan verir. Burada 2013-cü ildə saniyədə 19 kilometr sürətlə atmosferə daxil olmuş Çebarkul meteoritinin dağıdıcı gücünü yada salmaq yerinə düşər.

Hazırda "Avanqard"dan müdafiə yoxdur. Blokun imkanları ABŞ-ın qlobal RƏM sisteminin informasiya və atəş vasitələrinin fəaliyyət zonalarını keçməyə imkan verir. Avropa hipersəs raketlərinin ələ keçiricisini yalnız 2030-cu ildə yaratmağı planlaşdırır, o dövrədək Rusiyanın hipersəs silahı daha da irəli gedəcək. Və yalnız atmosferdə yox. Məsələn, 3M22 "Sirkon" hipersəs raketləri donanmanın ixtiyarına verilib, gəmilər və sualtı qayıqlar onlarla təchiz olunub. "Sirkon"lar düşmənin aviadaşıyıcı qruplaşmalarını effektiv şəkildə məhv edə bilər.

Eyniləşdirilmiş "Yars" raket kompleksi müxtəlif buraxılış şəraitlərinə, o cümlədən dəmir yolu variantına uyğunlaşdırılıb. Samanlıqda iynə tapmaq Rusiyanın Vladivostok və Xabarovskdan tutmuş Smolensk və Soçiyədək geniş ərazisində "Yars" yük vaqonlarını tapmaqdan asandır.

Şaxtadan buraxılan ağır sinifli maye raketli yeni "Sarmat" raket kompleksi yaradılıb (start çəkisi – 110 ton, hər biri 750 kiloton olan 10 – 15 ayrılan döyüş başlığı). "Sarmat" kompleksi Dombarovo mövqe rayonunda Ujur raket diviziyasında "Voevoda"nı əvəz edəcək.
 

Uğurlu 13-cü diviziya

 

Açıq mənbələrdən məlumdur ki, 62-ci Ujur raket diviziyası (SRQ-nin Omsk raket birləşməsinin heyətindən) Krasnoyarsk diyarında dislokasiya olunub, Dombarovo mövqe rayonu isə 13-cü raket diviziyasının (SRQ-nin Orenburq raket birləşməsi) ərazisindədir. İlk "Avanqard"ların Orenburq vilayətində yerləşdirilməsi təsadüfi deyil.

 

Burada tarix və coğrafiya çulğalaşıb. Hipersəs blokları Vaşinqtondan və Minuteman III (Vayominq, Montana və Şimali Dakota ştatlarındakı üç bazada 450 raket – ABŞ nüvə triadasının özülü) QBR şaxtalarından eyni məsafədə (təxminən 8800 km) və ABŞ-la NATO-nun zərbə raket mövqelərindən (həm dənizdə, həm də quruda) xeyli aralıda yerləşir. Qeyri-müəyyən trayektoriyalı silah üçün bu, düzgün addımdır.

 

Bundan əlavə, 13-cü raket diviziyası yarım əsrdən çoxdur ki, ölkənin silahlı qüvvələrində ən güclü və peşəkar birləşmələrdən sayılır. Yeni "Avanqard" kompleksi strateji diviziyanın və ümumilikdə RF Silahlı qüvvələrinin potensialını artıracaq.

 

RF qoşunlarının (SRQ-də daxil olmaqla) idarə edilməsi sisteminin etbibarlılığı və effektivliyi oktyabr ayında "Qrom-2019" strateji təlimlərində yoxlanılıb. Təlimlərdə nüvə silahı istifadə olunan münaqişə modelləşdirilib. Manevrlər SRQ, Quru qoşunlarının raket briqadalarının, Rusiya HDD-nin (nüvə triadası) Uzaq aviasiyasının və raket gəmilərinin – ümumilikdə 12 min hərbçinin, 213 SRQ buraxılış qurğusunun, 100-dən artıq uçan aparatın, 15-dək gəminin, 5 sualtı qayığın, 310 vahid döyüş və xüsusi texnikanın cəlb olunması ilə keçib. Rəhbərliyi Ali Baş Komandan, RF Prezidenti Vladimir Putinin iştirakı ilə Milli müdafiənin idarə edilməsi mərkəzi həyata keçirib.

 

Rusiyaya güclü raket-nüvə zərbəsindən sonra onun silahlı qüvvələrinin strateji əməliyyat keçirməsi situasiyası sınaqdan keçirilib. Qeyri-nüvə dəfetmə qüvvələri (Quru qoşunlarının raket briqadaları və HDD-nin "Kalibr"li raket gəmiləri) şərti təcavüzkarın RƏM vasitələrinə və raket hücumu barədə xəbərdarlıq obyektlərinə zərbəni yoxlayıb. Sonra strateji nüvə qüvvələri (SRQ, HDD və HKQ-nin raket kompleksləri) "düşmən"in obyektlərinə həlledici zərbə endirib.

 

Rusiya qoşunları dəqiq fəaliyyət göstərib. Mümkün təcavüzkara şərti cavab o qədər inandırıcı görünüb ki, NATO Baş katibi Yens Stoltenberq operativ olaraq ritorikasını dəyişib: "Bu çətin dövrlərdə biz səhv və anlaşılmazlıqlardan qaçmalıyıq. Və mümkün olan yerdə inamı bərpa etməliyik. Biz Rusiya ilə daha konstruktiv münasibətlərə can atırıq".

 

Belə çıxır ki, Moskva havayı yerə ötən doqquz il ərzində ordu və donanmanın yenidən silahlanmasına təxminən 20 trilyon rubl xərcləməyib. Planetdə davamlı sülh buna dəyər./Sputnik.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system