NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Cakartada etirazlar - Toqquşmalarda 6 ölü, 200 yaralı

Oxundu: 190
Cakartada etirazlar - Toqquşmalarda 6 ölü, 200 yaralı

Cakartada nümayişçilərlə polisin toqquşması nəticəsində 6 nəfər ölüb, 200 nəfər yaralanıb.

 

"İslaminSesi" TASS-a istinadən xəbər verir ki, qubernator yaralıların xəstəxanaya yerləşdirildiyini bildirib. İndoneziyanın hüquq mühafizə orqanlarının rəsmi nümayəndəsi Dedi Prasetio deyib ki, mitinqlərdə asayişi qoruyan polislərə odlu silah verilməyib.

 

Çərşənbə axşamı müxalifətin namizədi Prabovo Subiantonun tərəfdarları Cakartanın mərkəzində prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyası keçiriblər. Seçkinin nəticələrinə görə, hazırkı prezident Coko Vidodo qalib gəlib.

 

Dinc nümayiş gecə polislə toqquşmaya çevrilib və polis gözyaşardıcıdan istifadə etmək məcburiyyətində qalıb. “The Jakarta Post” qəzetinin yaydığı məlumata görə, etirazçılar bir neçə avtomobili yandırıb, polislərin yaşadıqları yataqxanalardan birində yanğın törədiblər.Modern.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system