NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Cahangir Hacıyevin ikinci cinayət işinin istintaqı başa çatıb

Oxundu: 53
Cahangir Hacıyevin ikinci cinayət işinin istintaqı başa çatıb

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyev və daha 25 nəfərin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"İslaminSesi.info" -nın məlumatına görə, sabiq bank rəhbəri hazırda cinayət materealları ilə tanış olur. Digər 25 nəfər isə artıq cinayət materealları ilə tanış olub.

 

C.Hacıyevin tanışlıq mərhələsi başa yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

 

Məlumata görə, C.Hacıyev bu dəfə də mənimsəmədə təqsirli bilinir və onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci ilin dekabr ayının 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq bankir apellyasiya şikayəti verib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system