İSLAM

Oxundu: 190
Bütün sıxıntı və çətinliklərin yeganə həlli yolu Quran və hədislərdə

Bütün sıxıntı və çətinliklərin yeganə həlli yolu Quran və hədislərdə

Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır. (İsra-82)

İslaminSesi.info- Qurani Kərim ilahi kitab olaraq bir şəfa mənbəyidir. Bunu həm qəlblərin şəfa mənbəyi, həm də Allahın göstərişinə uyğun yaşayıb sağlam həyat tərzi ilə sağlam cismə sahib olmaq kimi də başa düşmək olar.

 

İnsanın iki dünyası mənəvi və maddi dünyası vardır. O istər xoş hadisələri, istərsə də xoşagəlməz hadisələri bu iki dünyası ilə hiss edir. İnsanın cismi də iztirab çəkəbilir, ruhu da. Yaralanmaq, əzilmək və utanc hissi kimi.

 

İnsanın fərəhlənməyi, ilahı nemətlərə qovuşmağı da bu cürdür. Ruzi və nemət də iki cür, dünyəvi və uxrəvi (axirət) olur. Qurani Kərim bu nemətlərə qovuşmağın yolunu belə bəyan edin:

 

“Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə yağış dolu buludlar göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. (Mənim dəvətimdən və imandan) günahkar olaraq üz çevirməyin!” (Hud- 52)

 

Həmçinin Allah Rəsulu (s) dünya və axirət bərəkətinə yetişmək haqda buyurub:

 

“Hər kim istiğfarını (bağışlanma diləməyini) çoxaltsa Allah ona bütün çətinlik və sıxıntılardan bir çıxış yolu verər, gözləmədiyi yerdən ona ruzi əta edər” (Bihar - 93/ 284)

 

İstiğfar bağışlanma diləmək, tövbə etmək mənasındadır. İstiğfarı təkcə dillə demək kifayət etmir. Bu kəlmə geniş mənanı ehtiva edir.  İstiğfar Allahı təsdiq etmək, Quranı, peyğəmbərləri (ə) iqrar etmək, dinin bütün buyruqlarına boyun əymək, Allahdan əfv diləmək, Allah qarşısında öz acizliyini və möhtaclığını etiraf edib Onun əzəmətini qəlbən təsdiq etmək, günahdan peşman olmaq, hətta günah etməməyi belə Allahın bir lütfü bilmək və bu kimi bir çox mənaları əhatə edir. Bütün bunlar hamısı ruzi mənasındadır. Ruzi anlamı təkcə gəlir və qazanc mənasında deyil. Allahın bəxş etdiyi bütün maddi və mənəvi nemətlər insan üçün rizqdir, ruzidir.

Elə isə istiğfar bir düzgün etiqaddır. Allahın dünya və axirət nemətlərinin bütünü bu güniş mənalı “etiqadın” bərəkətindədir.

 

Yaşar Nuriyev

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system