Bütöv Qurana bərabər olan bir surə - Fatihənin əzəmət və bərəkəti

Oxundu: 247
Bütöv Qurana bərabər olan bir surə - Fatihənin əzəmət və bərəkəti

Fatihə surəsi Quranın əvvəlinci sürəsi, Kitabın açarıdır.

 

Bütün namazlarımızın, dualarımızın, məclislərimizin ayrılmaz bir parçası olan Fatihə surəsinin fəzilət və bərəkəti sayılmaqla, yazılmaqla bitməz. Hz. Əli (ə) bu barədə buyurub: “Əgər Fatihə barədə şərh yazsam 70 dəvə yükü olar.” (Xutum və Əzkar 1/117).

 

Allah Təalanın Fatihəni bütöv Qurana bərabər hesab etməsi bizə kifayətdir ki, bu surənin əzəmətini anlayaq. Kimi bilir bu surə "Kitab"ın açarı olmaqla yanaşı nə qədər gizli mənəviyyat qapılarının da açarıdır. Çünki surə haqqında deyilənlər bu cür düşünməyə əsas verir:

 

“Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzəmətli Quranı verdik.” (Hicr-87)

 

Həmçinin Fatihə surəsinin əzəmət və bərəkətini əks etdirən saysız hədislər mövcuddur.

 

1- İmam Rza (ə) buyurub: Bismilləhir-Rəhmanir-Rəhim gözün qarasının ağına yaxın olduğu qədər İsmi-əzəmə yaxındır. (Bihar 92/233) (Eynu-həyat 2/233)

 

2- İmam Sadiq (ə) buyurub: İsmi-əzəm Fatihə surəsindəir. (Səvabul-əmal 221)

 

3- İmam Sadiq (ə) buyurub: Əgər sizə bir çətinlik üz versə, həmən vaxt 7 dəfə Fatihə oxuyun. Yox əgər nəticə verməsə 70 dəfə oxuyun. Bu dəfə mən sizə zaminəm. (Bihar 92/234) (Uyunul-həyat. 2/233)

 

4- İmam Sadiq (ə): Hər hansı bir dərdə, ağrıya 70 dəfə Fatihə oxunsa ağrı keçər. (Bihar 92/226) (Uyunul-həyat 2/235)

 

5- Ölüyə 70 dəfə Fatihə oxuyub ruhunun geri qayıtdığını görsəniz təəccüb etməyin. (Bihar 92/257) (Uyunul-həyat 2/235) (Kafi 4/429)

 

6- İmam Baqir (ə) buyurub: “Bir kəsə fatihə fayda verməsə ona heçnə fayda verməz.” (Uyunul-həyat 2/235) (Kafi 4/434)

 

7- Həmçinin hədislərdə buyurulur ki, Fatihə və Bəqərə surəsinin axırırıncı iki ayəsi  kimi əzəmətli bir şey Allah Rəsulundan (s) başqa heç peyğəmbərə (ə) nazil olmayıb. (Mustədrəkul-vəsail)

 

Fatihə surəsinin “Fatihətul-kitab” (kitabı açan), “Ummul-kitab” (kitabın anası) kimi məşhur adları da vardır ki, bu adlar bünün deyilənləri özündə ehtiva edir.

 

İslaminSesi.info (arxivdən)

Yaşar Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system