NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu yolda hərəkət məhdudlaşdırılıb

Oxundu: 292
 Bu yolda hərəkət məhdudlaşdırılıb

8 fevral tarixindən etibarən Göyçay-Ucar avtomobil yolunun Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi yoluna birləşən hissəsində təmir işləri həyata keçirilir.

"İslaminSesi.info" xəbər verir ki, bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti Göyçay-Ucar yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılıb.

 

Qeyd edək ki, minik avtomobillərinin həmin yoldan istifadə etmələri ilə bağlı heç bir maneə yoxdur. Lakin yük avtomobilləri  alternativ olaraq  Göyçay-Bərgüşad və Göyçay Ağdaş avtomobil yollarından istifadə edə bilərlər.

 

Sürücülərdən təmir işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system