NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 170
Bu yolda hər an qəza ola bilər

Bu yolda hər an qəza ola bilər

Yol hərəkəti haqqında qanuna görə, piyada keçidi nəzərdə tutulan yerlərdə həm nişan olmalı, həm də zolaq çəkilməlidir. Amma Sumqayıtda bəzi yollarda bu qaydalara əməl edilməyib. Zolaq olmadığından sürücülər nişanın tələbini pozurlar. Buna görə də sürücülər əksər hallarda piyadalara yol vermir.

"İslaminSesi.info" ARB 24-ə istinadən xəbər verir ki, piyada və sürücüləri çaş-baş salan bu yol şəhərin Heydər Əliyev prospektində "Növbətçi" mağaza deyilən hissəsində yaşanır. Yol yeni asfaltlansa da, bəzi hissələrdə nişanlar çəkilməyib. Sürücülər piyada ölümü ilə nəticələnəcək qəzanın baş verəcəyindən ehtiyatlanırlar.

Yaxınlıqda məktəbin olması isə təhlükənin miqyasını daha da artırır. Sakinlər onu da dedilər ki, əraziyə bir müddət əvvəl piyada keçidinin olduğunu bildirən nişanlar qoyulsa da, asfalta zolaq çəkilməyib. Bu da əlavə çətinliklər yaradır.

"Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal" İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin Sumqayıt İcra Sahəsindən isə bildirdilər ki, məsələ şəhər icra hakimiyyətinin səlahiyyətindədir. Bu qurumdan isə dedilər ki, yolun qalan hissələrində də yaxın vaxtlarda zolaqların və nişanların çəkilməsi həyata keçiriləcək.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system