NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu xəstəliyə yoluxan yüz nəfərdən səkkizi ölür - Baş pediatr

Oxundu: 467
 Bu xəstəliyə yoluxan yüz nəfərdən səkkizi ölür - Baş pediatr

Avropa ölkələrində qızılca xəstəliyinin geniş yayılması Azərbaycanda da bu xəstəliyə yoluxma təhlükəsini yenidən gündəmə gətirir.

Qızılca epidemik, yoluxucu xəstəlikdir. Xəstəliyə yoluxma riski uşaqlarda daha yüksəkdir.

 

"İslaminSesi.info" xəbər verir ki, Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev Oxu.Az-a qızılca xəstəliyi ilə bağlı ətraflı məlumat verib.

 

Baş pediatr qızılcanı qorxulu xəstəliklərdən biri hesab edir:

 

“Xəstəliyə yoluxan yüz nəfərdən səkkizi dünyasını dəyişə bilər”.

 

N. Quliyev bildirib ki, qızılcanın xüsusi müalicəsi yoxdur, onun spesifik profilaktikası var, o da vaksinasiyadan ibarətdir: 

 

“İnsana xəstəliyə qarşı iki dəfə peyvənd vurulur, bundan sonra xəstəliyə qarşı bədəndə immunitet yaranır. Peyvənd olunmayan hər bir şəxs qızılcaya yoluxa bilər”.

 

Baş pediatr qızılca xəstəliyinin əlamətlərini də açıqlayıb.

 

Mövzu ilə əlaqədar videosujeti təqdim edirik:

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system