Bu ünvandakı sakinlər kirayə evlərə çıxarılacaq

Oxundu: 56
Bu ünvandakı sakinlər kirayə evlərə çıxarılacaq

Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında yerləşən yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsi noyabrın 11-də çöküb.

 

İslaminSesi baku.ws-ə istinadla xəbər verir ki, yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin heç birinə hadisə nəticəsində maddi ziyan dəyməyib.

 

Yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, 17 məcburi köçkün ailəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə yeni mənzillərə köçürüləcək. 

 

Binada yaşayan və məcburi köçkün olmayan digər ailələr isə kirayə evlərə çıxarılacaq.

 

Nərimanov rayon İcra Hakimiyyətindən bildirilir ki, qəzalı binanın yerində çoxmərtəbəli bina tikiləcək. Həmin sakinlərə də bu binadan mənzil veriləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system