NAMAZ VAXTLARI:
  • FƏCR 03:44
  • GÜN 05:22
  • ZÖHR 12:37
  • ŞAM 20:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu şəxslərin maaşı artırılacaq

Oxundu: 177
Bu şəxslərin maaşı artırılacaq

"Ümumi təhsil haqqında" qanun layihəsinin 26-cı maddəsində (Ümumi təhsil müəssisəsində təhsilverənlərin sosial müdafiəsi) xüsusi təhsil müəssisələrinin işçilərinin əmək haqlarına və vəzifə maaşlarına əlavələr edilməsi məsələsi nəzərdə tutulur.

"İslaminSesi.info" oxu.az-a istinadən xəbər verir ki, əlavəyə əsasən, sağlamlıq imkanları məhdud, inklüziv təhsili həyata keçirən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin işçilərinin əmək haqlarına və vəzifə maaşlarına əlavələr ediləcək.

 

Sənəddə konkret olaraq göstərilir ki, sağlamlıq imkanları məhdud, inklüziv təhsili həyata keçirən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericilikdə müəyyən edilmiş qaydada əlavələr olunacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system