NAMAZ VAXTLARI:
  • FƏCR 05:09
  • GÜN 06:29
  • ZÖHR 12:33
  • ŞAM 18:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 139
Bu qidalar əslində sağlamlığa xeyir imiş

Bu qidalar əslində sağlamlığa xeyir imiş

Zərərli bildiyimiz və yeməkdən çəkindiyimiz qidalarla bağlı inanılmaz həqiqətlər ortaya çıxıb.

Yeni araşdırmalar zamanı məlum olub ki, əslində bu qidalar insan orqanizminə ziyanlı deyil. Milli.Az ailem.az-a istinadən həmin qidaları təqdim edir.

 

Popkorn

Partladılmış qarğıdalı, tam taxıl və lif baxımından olduqca zəngin bir qidadır. Lakin kərə yağı və duz vurulmaması şərti ilə. Buxarda partladılan sadə və təbii qarğıdalının bir stəkanı sadəcə 30 kaloridir. Əgər sadə formada yeməkdən xoşunuz gəlmirsə, çox az miqdarda dəniz duzu səpə bilərsiniz.

Qablaşdırılmış ton balığı

Qablaşdırılmış və təzə ton balığının tərkibindəki protein təxminən eyni miqdardadır. Qablaşdırılmış balığın 85 qramında 16, təzə balığın eyni miqdarında protein 20 qram təşkil edir. Ton balığı hansı formada yeyilməsindən asılı olmayaraq, dəri və saçları sağlam saxlayan Omega-3 yağ turşuları baxımından olduqca zəngin bir qidadır.

Banan

Bir bananda təqribən 110 kalori və 14 qram şəkər var. Lakin bananda olan yüksək miqdarda potasium təzyiqi salmağa kömək etdiyi kimi, tərkibində olan antioksidant və C vitamini də xərçəng riskini azaldır.

Şokolad

Şokolad yedikdə bədəndə stressi aradan qaldıran kortizol hormonunun istehsalına kömək olur. Bundan əlavə qan təzyiqi və xolesterolu tənzimləyir və beyni daha sürətlə çalışdırır.

Qablaşdırılmış lobya

Qablaşdırılmış qidaların tərkibində quru paxlalılara nisbətən daha çox sodium olsa da, qida dəyəri ümumilikdə eynidir. Hər ikisinin tərkibində eyni miqdarda kalori, təqribən 14 qram protein və 12 qram lif var.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system