NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu ölkələr yeni qlobal valyuta yaradır - Dollardan imtina edilir

Oxundu: 407
Bu ölkələr yeni qlobal valyuta yaradır - Dollardan imtina edilir

ABŞ dollarının dünyada təzyiq vasitəsi kimi işlədilməsi yeni qlobal valyutanın yaranmasına səbəb olacaq

İslaminSesi xəbər verir ki, bu sözləri Rusiya parlamentinin alt qanadı Dümanın Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Aksakov deyib.

 

Anadolu Agentliyinə açıqlama verən parlamentari ABŞ dollarının istifadəsi ilə bağlı təzyiqin beynəlxalq ödəmələrdə dollardan imtina edilməsi ilə nəticələnəciyini bildirib.

 

“Dollar dünya valyutası statusunu 1944-cü ildə əldə etdi. O dövrdə dollar sabit qalırdı, lakin bununla yanaşı, bir çox ölkənin valyutası dəyərini itirdi. Bu da dollarla daha çox alış-verişin edilməsinə gətirib çıxardı. Beləliklə, dollar beynəlxalq əməliyyatlarda əsas qüvvə oldu”-, Aksakov deyib.

 

Onun sözlərinə görə, BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ölkələri öz aralarında ödənişlər üçün yeni valyuta ərsəyə gətirmək ehtimalını düşünür. Bu ölkələr dünya əhalisinin yarısını və dünya sənayesinin 30%-ni özündə cəmləşdirir.

 

Parlamentari ehtimalla bağlı bunları deyib: “Alternativ bir qlobal valyuta yaratmaq üçün 5 il lazım ola bilər. Bu Vaşinqtonla əlaqəlidir. ABŞ dollardan istifadə üçün daha çox təzyiq göstərərsə, digər ölkələr də dolların istifadəsinə o qədər qarşı çıxar. Bir çox ölkə indidən dolları rədd edir. Çin neft alış-verişində yuandan istifadə etməyə başlayıb. Əgər proses uğurla davam etsə, ABŞ-ın dünya üzərindəki hökmranlığı başa çatacaq”. /Publika.az /

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system