Bu ölkələr Bəhreyndə keçiriləcək foruma GETMƏYƏCƏK

Oxundu: 454
Bu ölkələr Bəhreyndə keçiriləcək foruma GETMƏYƏCƏK

ABŞ-ın təklif etdiyi layihə əsasında 25-26 iyun tarixində Bəhreyndə "Sülh naminə inkişaf" şüarlı iqtisadi forum keçiriləcək.

 

İslaminSesi-nin TASS-a istinadən verdiyi xəbərə görə, Fələstin Milli Administrasiyası ABŞ-ın Fələstin-İsrail münaqişəsinə son qoymaq üçün atılan ilk addım hesab etdiyi bu forumda iştirak etməkdən imtina edib.

 

Həmçinin Qəzza zolağını nəzarətə alan HƏMAS da bu konfransı boykot etməyə çağırış edib.  O cümlədən bir çox ərəb ölkələri artıq etirazlarını bildirib.

 

Manamada keçiriləcək konfransda iştirak etməyəcəkləri haqda bildirən ölkələr arasında İraq və Livanın adı da var. Misir, İordaniya, Marokko və BƏƏ isə öz nümayəndə heyətlərini oraya göndərməyi planlaşdırırlar.

 

Ərəb KİV-lərinin bildirdiyinə görə, Amerikanın bu planı fələstinlilərin İsrail tərəfindən qəsb edilən torpaqlarından imtina etməsinə hesablanıb. Bunun müqabilində Fələstinlilərə iqtisadi preferensiyalar veriləcək, bir hissəsi Sinay yarımadasında yerləşəcək Fələstin dövlətinin qurulması üçün maddi yardım ayrılacaq.

 

Belə ki, Fələstin və qonşu ölkələrə 50 milyard dollar həcmində investisiya qoyulacağı nəzərdə tutulub. Bu pulun yarısından çoxu 10 il ərzində Fələstinin infrastruktur, sənaye, tibb və təhsili sahəsində 100-dən çox layihənin həyata keçirilməsinə sərf olunacaq. Qalan məbləğin isə Misir, İordaniya və Livana xərcləniləcəyi planlaşdırılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system