NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu məscid qapılarını evsizlərə açdı

Oxundu: 361
Bu məscid qapılarını evsizlərə açdı

Britaniyanın Birminghem şəhərində yerləşən Qrin Leyn məscidi şaxtalarda küçədə qalmalı olan evsizlərə yardım layihəsinə start verib.

İslaminSesi-nin İslam-today.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda Birmingham Mail qəzeti yazır.

Xeyriyyə layihəsinin təşəbbüskarı məscidə gələn Humayun Səlim olub. O, digər müsəlmanlarla birgə ehtiyaclı şəxsləri məscidə dəvət edən vərəqələr paylamağa başlayıb. İlk axşam ibadətgaha 4 evsiz gəlib, üçüncü gün isə qonaqların sayı artıq 12-yə çatıb.

Qeyd edək ki, məsciddə evsizlərə sadəcə gecələmə yer təklif olunmur, burada onlar isti yeməklərlə də təmin olunur.

"Belə şaxtada evsizlərə təkcə yemək paylamağın mənası yoxdur, insanlar soyuqdan keçinir", - deyə aktivistlər bildirir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system