NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Bu küçələrdə təmir gedir - Foto

Oxundu: 86
 Bu küçələrdə təmir gedir - Foto

Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir.

"İslaminSesi.info" xəbər verir ki, hazırda Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi və Xurşudbanu Natavan küçələrində yenidənqurma işlərinə start verilib.  

 

Sözügedən küçələr Biləcəri qəsəbəsinin əsas yolu hesab olunur və qəsəbə sakinlərinin Binəqədi şosesi və Azadlıq prospektinə, o cümlədən Beynəlxalq Avtovağzal kompleksi istiqamətindən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.

 

Bu küçələrin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu. Ümumi uzunluğu 5.2 km, eni isə ortalama 16 metr olan Ordubadi və Xurşudbanu Natavan küçələrində yenidənqurma və bərpa işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla həyata keçirilir.

 


 

Bu küçələrdə təmir gedir

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system