NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu ilin ilk yarısında AZAL Gürcüstana 42 mindən çox sərnişin daşıyıb

Oxundu: 147
Bu ilin ilk yarısında AZAL Gürcüstana 42 mindən çox sərnişin daşıyıb

Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 42 505 sərnişin daşıyıb.

 

İslaminSesi bildirir ki, APA-nın yerli bürosunun Gürcüstanın Mülki Aviasiya Agentliyinə istinadla verdiyi məlumata görə, hesabat dövründə AZAL-ın qonşu ölkənin aviasiya bazarındakı payı 2% təşkil edib.

 

Hesabat dövründə xarici aviaşirkətlər Gürcüstana ümumilikdə 2 049 635 sərnişin daşıyıb. Qonşu ölkəyə daşınmış sərnişinlərin sayına görə 246 021 nəfərlə “Türk Hava  Yolları” aviaşirkəti birinci yeri tutub. Türkiyənin əsas aviadaşıyıcısı Gürcüstanın aviasiya bazarında 12% paya sahibdir.

 

 

İkinci yerdə “Gürcüstan hava  yolları” (“Airzena”) (247 485 sərnişin), üçüncü yerdə isə “Wizz Air” aviaşirkətidir (223 364 sərnişin).

 

Qeyd edək ki, keçən ilin sentyabrın 1-dən etibarən Bakıdan Gürcüstanın paytaxtı Tbilisiyə uçuşları AZAL-ın nəzdində yaradılmış “Buta Airways” aşağı büdcəli aviaşirkət yerinə yetirir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system