NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 281
Bu ilin 3 ayı ərzində Bakıda 2657 cinayət qeydə alınıb

Bu ilin 3 ayı ərzində Bakıda 2657 cinayət qeydə alınıb

Bu ilin 3 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 2.657 (2017-ci ilin müvafiq dövründə 2.865) cinayət qeydə alınıb. Onların da 89,3%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 10,7%-i isə ağır və xüsusilə ağır növlər olub.

"İslaminSesi.info" -nın xəbərinə görə, bu barədə bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.ndə bildirilib.

 

Qeyd olunub ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 44,1%, şəxsiyyət əleyhinə olan cinayətlər 8,4%, o cümlədən qəsdən adam öldürmə cinayətləri 21,1%, qəsdən sağlamlığa az ağır zərər vurmalar 20,7%, mülkiyyət əleyhinə olan cinayətlər 10,9%, xüsusi əmlak oğurluqları 4,8%, quldurluqlar 9,5%, dələduzluqlar 31,5%, hədə-qorxu ilə tələb etmələr 20,0%, avtonəqliyyat oğurluğu 2 dəfə, avtonəqliyyatın qaçırılması 22,7%, xuliqanlıq cinayəti 7,2%, insan alveri ilə bağlı cinayətlər 10,8% azalıb, adam oğurluğu cinayəti isə ümumiyyətlə qeydiyyata alınmayıb.

 

Cinayətlərin 77,2%-nin (2017-ci ilin müvafiq dövründə 75,4%), ağır növlərinin 73,7%-nin (73,8%), qeyri-aşkar şəraitdə baş verənlərin 65,2%-nin (67,7%) açılması təmin olunub.

 

Şəxsiyyət əleyhinə olan 401 cinayətdən 94,8%-i (88,4%), o cümlədən qəsdən adam öldürmələrin 84,6%-i (100,0%), adam öldürməyə cəhdlərin 100,0%-i (100%), qəsdən sağlamlığa ağır zərər vurmaların 92,5%-i (85,0%) və zorlamaların 100,0%-i (100,0%)  açılıb.

 

2017-ci ilin müvafiq dövrü ilə nisbətdə ümumi cinayətlərin açılması 1,8%, şəxsiyyət əleyhinə olan cinayətlər 6,4%, ehtiyatsızlıqdan adam öldürmələr 66,7%, qəsdən sağlamlığa ağır zərər vurmalar 7,5%, qəsdən sağlamlığa az ağır zərər vurmalar 6,2%, avtonəqliyyat oğurluğu 15,0%, dələduzluqlar 5,4%, soyğunçuluqlar 5,7%, quldurluqlar 8,9%, hədə-qorxu ilə tələb etmələr 33,3%, avtonəqliyyatın qaçırılması 25,7%, xuliqanlıqlar 2,8%, insan alveri ilə bağlı cinayətlər 31,0%,  ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 4,1% yaxşılaşıb.

 

 

Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 1.584 hadisə aşkarlanmış, kameraların arxiv görüntülərindən istifadə edilməklə  72  bağlı cinayət açılıb.APA

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system