NAMAZ VAXTLARI:
  • FƏCR 04:25
  • GÜN 05:54
  • ZÖHR 12:45
  • ŞAM 19:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 342
Bu il kənd təsərrüfatında məhsuldarlıq olacaqmı?

Bu il kənd təsərrüfatında məhsuldarlıq olacaqmı?

Qış mövsümünün üçüncü ayıdır və adətən, şaxtalı keçən qış mövsümü bu il xoş hava ilə müşayiət olunur. Bəzi rayon və şəhərdə sulu qar və qar yağsa da, ümumilikdə hələlik ölkəmizə qar yağıntısı düşməyib.

Rəylərə görə, qar torpağın məhsuldarlığı üçün mühüm amildir. Nəmliyini artırır, zərərvericiləri öldürür. Qar bitkiləri, xüsusilə taxıl, tərəvəz-bostan bitkilərini örtür və onu soyuqdan, şaxtadan qoruyur.

 

Payızlıq taxıl bitkilərindən arpa və buğdaya gübrə verilir. Quraqlıq olanda bu gübrə torpağa yaxşı hopmur, lakin qar yağıb torpaqda nəmlik yaratdıqda həmin gübrələr torpağa qarışır və bitki üçün mənimsənilən hala düşür.

 

Maraqlıdır, bəs hazırkı halda kənd təsərrüfatında məhsuldarlıq necə olacaq?

 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev  açıqlamasında deyib ki, fevral  ayında havaların mülayim keçməsi çəyirdəkli meyvə ağaclarının tez oyanmasına, vaxtından əvvəl çiçəkləməsinə səbəb ola bilər: 

 

“Sonradan şaxta olarsa, bu, həmin ağacların məhsuldarlığına mənfi təsir edəcək. Kənd təsərrüfatı bölgələrdə mövcuddur. Bakı və Abşeron yarmadası ilə müqayisədə bölgələrdə hava şəraiti qış fəslinə uyğundur”.

 

M.Hacıyev hələlik hava şəraiti ilə bağlı hər hansı fəsad baş vermədiyi deyir: 

 

“Fermerlərdən şikayət almamışıq.  Hələlik məhsuldarlıqdan danışmaq tezdir. Aprel-may aylarında məhsuldarlıqla bağlı göstəriciləri açıqlayacağıq. Taxıl indi kollanma mərhələsindədir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system