MÖVQE
Oxundu: 328
Bu il dollar bahalaşacaq?
14:20, 21.09.2017
İslaminSesi bildirir ki, dünən ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) növbəti iclası keçirilib. Qurum bu dəfə uçot dərəcəsində hər hansı bir dəyişiklik etməyib. İqtisadçılar uçot dərəcəsi əvvəlki kimi saxlanasa da, dolların bu ilin sonuna qədər dünyada bahalaşmasının gözlənildiyini qeyd edib.
Dünənki iclasın nəticələrini “Qafqazinfo”ya şərh edən iqtisadçı ekspert Samir Əliyev bildirib ki, bu ilin sonuna kimi dünya bazarında dolların bahalaşması manatın məzənnəsinə hər hansı bir təsir göstərməyəcək: “Bu, FED-in il sonuna kimi keçirdiyi axırıncı iclas deyil. Hardasa hələ 2 iclas olacaq. Ehtimal olunur ki, ilin sonuna kimi bir dəfə uçot dərəcəsi qaldırılacaq. Təbii ki, bu, bir gözləntidir. Uçot dərəcəsinin qaldırılması isə avtomatik olaraq dünyada dolların bahalaşmasına gətirib çıxarır. Dolların bahalaşması isə neftin ucuzlaşmasına təsir edir.
Azərbaycanda bu gün üzən məzənnəyə keçid elan olunsa da, faktiki olaraq manatın məzənnəsini banklar müəyyənləşdirmir. Mərkəzi Bank öz haqlarından istifadə etməklə manatın məzənnəsini tənzimləyir. Bu o deməkdir ki, dünya bazarında ilin sonuna kimi FED-in uçot dərəcəsini qaldırıb-qaldırmamasının manata hər hansı bir təsiri olmayacaq. Ayrılmış vəsait nəticəsində Mərkəzi Bank bir il ərzində manatın məzənnəsini istədiyi kimi idarə edə bilir. Düşünürəm ki, il sonuna kimi də hər hansı bir dəyişiklik olmayacaq. Ola bilər ki, noyabr-dekabr aylarında dolların müəyyən qədər bahalaşması halı müşahidə olunsun. Yəqin ki, Mərkəzi Bank buna da icazə verməyəcək. İl sonuna kimi qeyri-sabitlik, məzənnə dəyişikliyi gözləmirəm.
Amma 2018-ci il tamam başqa bir situasiyadır. 2017-ci ildə olduğu kimi Neft Fondundan Mərkəzi Banka pul ayrılacaqmı, yoxsa yox? Sırf bu sualın cavabından asılı olaraq nəsə demək olar”.
DİGƏR MÖVQE XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
"Rusiyaya "kəllə atacaq" axmaq erməni siyasətçilərin olmasına inanmıram" 13:03, 24.04.2018
-
Məşhur Tesla şirkətinin qurucusundan 5 qızıl tövsiyyə 12:27, 24.04.2018
-
Suriyada kimyəvi hücumu araşdırmağa yollanan "İndependent"-in müxbiri Qərbi ifşa edib 14:44, 17.04.2018
-
Dünya imperalistləri buna görə Bəşər Əsədi zalım adlandırırlar - VİDEO 17:03, 16.04.2018
-
Eynulla Fətullayevdən İsrail səfirliyinin Təhlükəsizlik Xidmətinin rəisinə - “Tüpürüm kimliyinə!” 15:52, 16.04.2018
-
Suriya hadisəsindən sonra ABŞ mifi və inandıqları "Amerika Tanrısı" öldü - VİDEO 14:25, 16.04.2018
-
İsrailin Türkiyə səfiri belə rəzil olmamışdı - VİDEO 10:22, 14.04.2018
-
11 sentyabr hadisəsinin ssenarisi Hollivuda məxsusdur - Məşhur yazar 09:54, 13.04.2018
ŞƏRH YAZIN