NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:42
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 183
Bu il dərmandan zəhərlənənlərin sayı qaz zəhərlənmələrindən çox olub

Bu il dərmandan zəhərlənənlərin sayı qaz zəhərlənmələrindən çox olub

Bu ilin yanvar ayından indiyədək olan müddətdə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə diaqnozu ilə 21 nəfər müraciət edib.

"İslaminSesi.info"  xəbər verir ki, bunu özəl olaraq Səhiyyə Nazirliyinin KTM-nin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

 

Onun sözlərinə görə, dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilənlər arasında ölüm halı qeydə alınmayıb. Zəhərlənmələrin hamısı evdə baş verib.

 

A.Maqsudov qeyd edib ki, bu ilin may ayına kimi dərmanlardan zəhərlənmələrə görə 36 nəfər, ilan sancmalarına görə 12 nəfər şöbəyə müraciət edb. Müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb. Bu il 6 nəfər sirkə turşusundan zəhərlənib, onlardan biri dünyasını dəyişib. Müraciət edənlər daha çox 25-45 yaşlı şəxslər olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system