Bu il Azərbaycanda 72 üçəm, 4 dördəm doğulub

Oxundu: 63
Bu il Azərbaycanda 72 üçəm, 4 dördəm doğulub

Cari ilin 1 oktyabr vəziyyətinə görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104702 doğulan körpə qeydə alınıb.

 

İslaminSesi bildirir ki, Ədliyyə Nazirliyinin (ƏM) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,1) qalıb:

 

“Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2454-ü əkiz, 72-si üçəm, 4-ü isə dördəm doğulanlardır”.


Qeyd edək ki, Azərbaycan əhalisi 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 44 min 466 nəfərə çatıb.

 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

 
Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system