NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu il Almaniyadan 280 azərbaycanlı çıxarılıb - RƏSMİ

Oxundu: 156
Bu il Almaniyadan 280 azərbaycanlı çıxarılıb - RƏSMİ

Bir çox ölkə vətəndaşları kimi, azərbaycanlılar arasında da rəsmi ya da qeyri-rəsmi formada xaricə gedib orada yaşayanlar olur. Amma xaricə üz tutan insanların heç də hamısının şansı üzünə gülmür.

 

Bəzi hallarda üz tutub getdikləri ölkələrin sərt qaydaları ilə qarşılaşırlar və bu zaman bir tək yol qalır: o da geri qayıtmaq. Bu geriqayıtma prosesi  isə readmissiya üzrə həyata keçirilir.

Azərbaycanlıların ən çox readmissiya edildiyi ölkə Almaniyadır.

Son zamanlar azərbaycanlıların Almaniyadan deportasiyası haqqında məlumatlar yayılır.

 

O zaman maraqlıdır: son 9 ay ərzində nə qədər azərbaycanlı Almaniyadan readmissiya olunub?

 

İslaminSesi bildirir ki, Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Füzuli İsmayılov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasının vətəndaşları aşağıda göstərilən aylar üzrə readmissiya edilib.

 

Yanvar ayı 29 nəfər
Fevral ayı 38 nəfər
Mart ayı 33 nəfər
Aprel ayı 30 nəfər
May ayı 21 nəfər
İyun ayı 38 nəfər
İyul ayı 48 nəfər
Avqust ayı 24 nəfər
Sentyabr ayı 19 nəfər

 

Ümumilikdə isə bu il Almaniyadan readmissiya olunan azərbaycanlıların sayı 280 nəfərdir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system