NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olundu - FOTOLAR

Oxundu: 132
Bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olundu - FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Məktəb-Lisey-Kompleksinin 11 c və 11 b siniflərini bitirmiş bütün məzunlar ali məktəbə qəbul olunub.

 

İslaminSesi bildirir ki, İdarədən Modern.az-a verilən məlumata görə, 11 c sinfini bitirən 23 məzunun hamısı 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb.


Məzunlardan 3 nəfəri 600-dən yuxarı, 8 nəfəri 500-600, 7 nəfəri isə 300-500 bal arası nəticə göstərib. Həmçinin, məzunlardan 3-ü Türkiyə, 1-i Rusiya, 1-i isə Amerikada təhsil almaq hüququ qazanıb.


Məktəb-Lisey-Kompleksinin 11 b sinfini bitirən 24 məzun da ali məktəblərə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb.


Məzunlardan 2 nəfəri 500-dən yuxarı, 19 nəfəri isə 200-500 bal arası nəticə göstərib. Bundan başqa, 2 məzun Türkiyədə, 1-i isə Rusiyada təhsillərini davam etdirmək imkanı qazanıb.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system