İSLAM
Oxundu: 1014
Bu gündən Məhərrəm ayı daxil olur
08:33, 22.09.2017
Bu gün hicri-qəməri tarixi ilə 1439-cu ilin ilk günü Məhərrəm ayının biridir.
İslaminSesi.info - Bu gün sentyabrın 22-si hicri təqvimi ilə 1439-cu ilin ilk günüdür. Hicri qəməri tərvimində 12 ay var və məhərram ayı ilin birinci ayıdır. Necə 100 iliklərdir ki, məhərrəm ayı deyildikdə ilk yada düşən Kərbəla faciəsi olur. Hicrətin 61-ci ilində baş vermiş bu faciə məhərrəm ayını tarixə, yaddaşlara qanlı ay, matəm ayı kimi yazmışddır.
Bu ayın yasını tutmaq bir insan olaraq hər kəsə vacibdir. Çünki İmam Hüseynin (ə) bu qiyamı təkcə Yezidə qarşı deyil, Yezid kimilərə qarşı bütün dünyaya örnək olacaq bir qiyam idi. Necəki İmamın özünün (ə) məşhur kəlamı var buyurur: “Mənim kimilər Yezid kimilərə beyət etməz (tabe olmaz)”. Neçə ilər keçməsinə baxmayaraq İmam Hüseyin (ə) qiyamı bir ideoloji məktəb olaraq qeyrət, qürur, sevgi sahiblərinin ilham mənbəyidir.
Bu ayin ilk on günlüyü fəzilət dolu bir günəldir. Bu günlər Bəni Haşimin ən ağır günlərindəndir. Bu günləri hüzünlü olmaq, dua və ibadətlərlə Əhli Beytin (ə) yanında olmaq bizlər üçün böyük bir şərəfdir.
İmam Rza (ə) dan belə rəvayət olunub:
Eləki məhərrəm ayı yetişdi atamı gülən görməzdim. O (ə) ayın ilk on gününü hüzünlü olar, aşura günü onun üçün müsübət, hüzn, ağlamaq günü olardı (Vəsailuş-şiə. Cild-5.səh-394).
Məhərrəm ayının birinci günü müstəhəb olan əməllər:
1-Oruc tutmaq.
2-İki rəkət namaz qılıb sonra bu duanı oxumaq: اللّهم انت الاله القديم و هذه سنةٌ جديدةٌ فاسئلك فيها العصمة من الشيطان و القوَّة علي هذه النّفس الامّارة بالسُّوء
Allahumə əntəl ilahul qədim və həzihi sunnətun cədid. Fə əsəlukə fəhəl ismətə minəş şeytani vəl-qüvvətə alə həzihin nəfsil əmmarəti bis-suui.
3-Birinci gecədə iki rəkətli namaz qılmaq. Hər rəkətdə həmddən sonra 11 dəfə İxlas surəsin oxumaq.
Y.Nuriyev
DİGƏR İSLAM XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Şəban ayının 8-ci gecəsi üçün tövsiyə olunmuş bərəkət dolu namaz 14:28, 24.04.2018
-
Mömin hər duasının sonunda bu nəticələrdən birini əldə etmiş olur – İmam Səccadın (ə) izahı 13:31, 24.04.2018
-
Şəban ayında duaların qəbul olunması üçün Peyğəmbərdən (s) göstəriş 11:18, 24.04.2018
-
Azərbaycanlı Quran qarisi Beynəlxalq Quran müsabiqəsində finala yüksəlib 10:56, 24.04.2018
-
Mütəal Allah Hz.Musa (ə) ilə necə danışmışdır? 10:22, 24.04.2018
-
Quranın xeyməsi sayılan surə 22:34, 23.04.2018
-
Haram yeməyin bu dünyada insana qoyduğu mənfi təsirlər 16:35, 23.04.2018
-
Şəban ayının 7-ci gecəsi üçün tövsiyə olunmuş bərəkət dolu namaz 14:30, 23.04.2018
ŞƏRH YAZIN