NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün Xanım Ruqəyyənin şəhadət günündür – Yezidin növbəti vəhşiliyi - Video

Oxundu: 628
"

Bu gün səfər ayının 5-i İmam Hüseynin (ə) 4 yaşlı balaca qızının Yezid tərəfindən şəhid edildiyi gündür.

 

Artıq səfər ayıdır. Səfər  ayı da məhərrəm ayı kimi matəm ayı hesab olunur. Bu ay da Əhli Beyt (ə) sevərlər üçün ağrılı acılı aylardandır. Çünki səfər ayında İmam Hüseynin Ərbəin (40) mərasımi, qızı Rüqəyyənin mənfur Yezid tətəfindən “bağrı partladılaraq” şəhid edildiyi, Allah Rəsulunun (s), İmam Həsən (ə) və İman Rzanın (ə) şəhadət günləri vardır.

 

İslamiSesi.info- Tarixi mənbələrə əsasən Xanım Ruqəyyə İmam Hüseynin (ə) 4 qızından biridir. Bu kiçik Xanım Kərbəladə ailəsi ilə birgə olmuş, nə qədər uşaq olsa belə məcburən hadisə və döyüşlərin canlı şahidi olmuşdur.

 

 

Həmçinin əsirlər karvanı ilə Kərbəladan Küfəyə, ordan da Şama (Dəməşqə) aparılmışdır. Döyüş səhnələri, atasının, əmisinin, qardaşlarının şəhadəti, yolun ağırlığı, xüsusən də yol boyu doğmalarının kəsilmiş başları ilə birgə aparılması bu balaca Xanımın hansı hısslər yaşamasından xəbər verir. İnsanın bu düşünməyə belə gücü çatmır.

 

 Kərbəla əsirlərinin səfər ayının ilk günündə Şama daxıl olduqları bildirilir. Bu günlər ərzində əsirlərə olmazın əziyyətlər verilir.  Dörd yaşlı Rüqayyə çətinliklərə dözə bilməyib hey ağlayır. Əsirlər sarayda saxlanılırdı. Xanım yuxulayır və yuxusunda atasını (ə) görür, dəhşətlər içində yuxudan qalxıb ağlamağa başlayır. Uşaqın ağlamağ səsini eşidən Yezid yanındakılardan uşağın nə istədiyini soruşur. Atasını deyə cavab verirlər. O məlun əmr edir ki, atasının başını ona verin! İnsafsız məmurlar belə də edirlər.

 

 Atasının (ə) kəsik başını qucaqlayan  Xanımın kiçik qəlbi bu səhnəyə dözə bilmir. Bu dəhşətli səhnə onun ölümünə səbəb olur.

 

 Xanım Ruqəyyənin məzarı hazırda Suriyanın Dəməşq (Şam) şəhərindədir.

 

Yaşar Nuriyev

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system