Bu gün Xanım Məsumənin (s.ə) vəfatı günüdür – VİDEO (Qısa tarixçə)

Oxundu: 274
Bu gün Xanım Məsumənin (s.ə) vəfatı günüdür – VİDEO (Qısa tarixçə)

Bu gün rəbius-sani ayının 10-u Həzrət Məsumənin vəfatı günüdür.

 

Bu kəramətli Xanım, Həzrət İmam Kazımın qızı, İmam Rzanın (ə) əziz bacısıdır. Tarixi mənbələr Xanımın (ə) doğum tarixini q.173 il zil-qədə ayında Mədinə şəhərində olduğunu yazır. Həzrət Məsumə 28 il ömür sürmüş, ailəli olmamış, gənc yaşında dünyadan köçmüşdür.

 

O kəramətli Xanımın məzarı İranın Qum şəhərindədir və Əhli-beyt (ə) sevərlərin ziyarərgahına çevrilib.

 

Həzrəti İmam Kazım (ə) zamanından Əhli-Beytə (ə) zülmün hicrət və sürgün mərhələsi başlayır. İmam Kazım (ə) Mədinədən Bəsrəyə, oradan da Bağdada sürgün edilir. Ardınca İmam Rza (ə) Mədinədən Mərv şəhərinə sürgün edilir.İmam Kazımın (ə) digər övladları, hətta qız övladları da təqiblərə məruz qalır, müxtəlif bölgələrə hicrət etmək məcburiyyətində qalırlar. Azərbaycanda Hökümə xanımı, İranın Rəşt şəhirdə Fatimə adlı digər qızını, yaxud həmin illərdə bu bölgələrə imamzadələrin gəlməsini buna dəlil olaraq qeyd etmək olar. 

 

 

Xanımın (ə) Mədinədən İrana gəlmə səbəbini İmam Rzanın (ə) Mərvə gəlişi ilə əlaqələndirirlər. Qardaşını ziyarətə gələn Xanımın (ə) yolda bərk xəstələnir. Xəstəlik səbəbəni yolda üzləşdikləri ağır döyüş səhnəsi olur. Beləki karvan Qum şəhəri yaxınlığında Əhli-Beyt düşmənləri tərəfindən basqına məruz qalır və demək olar ki, kişilər, Xanımın (ə) qardaşları və qardaş balaları şəhid edilir. Bu sarsıntıdan xəstələnən xanım Məsumə (ə) yaxınlarından onu Qum şəhərinə aparılmasını istəyir.

 

 

Şəhərində Xanımı (ə) İmam Rzanın (ə) yaxın səhabəsi, alim, mühəddis Musa ibn Xəzrəc Əşəri qarşılayır. Evinə aparıb, Xanımın xidmətində durur.Lakin Xanım Məsumə (ə) bu hadisədən sonra cəmi 17 gün yaşayır. Dünyasını dəyişir və həmin şəhərdə dəfn olunur. Keçirdiyi sarsıntılar Xanımın dünyasını səbəb olur. Tarixçilərdən bəziləri hətta Xanımın Qumda zəhərlənərək şəhid edildiyini də qeyd edirlər.

 

Hazırda Xanımın məzarı Qum şəhərindədir. Əhli-Beyt (ə) sevərlərin ziyarəthagına çevrilib. İmam Rza (ə) Qumda Xanımı (ə) ziyarət etməyin savabına toxunaraq buyurub:

 

“Kim Qumda  Məsuməni ziyarət etsə məni ziyarət etmiş kimidir” .

(Məclisi. Zadul-məad. 547)

 

Şeyx Abbas Qumi bu mətləbə toxunaraq qeyd edir: Xanım Məsumənin (ə) ziyarəti barədə diqqət çəkən məqam budur ki, təkcə İmam Rza (ə) deyil, həmçinin İmam Cavad (ə) və İmam Sadiq (ə) də bu ziyarətin fəzilətinə işarə edib.

 

İmam Sadiq (ə) buyurub:

 

“Kim Xanımı agahlıqla,  mənzilət və məqamına diqətlə ziyarət etsə cənnətə daxil olar”

(Bihar. c-48.s-307)

 

İslaminSesi.info

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system